Xəzər Xəbər

Havada tozun miqdarı normadan 2 dəfə yuxarıdır

Gündəm | 18:25 • 31 Avqust 2018
Havada tozun miqdarı normadan 2 dəfə yuxarıdır

Atmosfer havasında hazırda müşahidə olunan tozun miqdarı açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə Bakıda və Abşeron yarımadasında 31 avqust 2018-ci il tarixində tozun miqdarının saat 18:00-da sanitar normadan 1,8-2,0 dəfə yuxarı olduğu qeydə alınıb.


Qeyd edək ki, bu göstərici saat 15:00-da 1,6 dəfə sanitar normadan yuxarı olub.


Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Xəbər lenti