Xəzər Xəbər

Paytaxt havasında tozun miqdarı sanitar normanı 1,6 dəfə ötüb

Gündəm | 15:37 • 31 Avqust 2018
Paytaxt havasında tozun miqdarı sanitar normanı 1,6 dəfə ötüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan nəticələri açıqlayıb.


Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, saat 15:00-da Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normanı 1,6 dəfə ötdüyü müəyyənləşib.


Qeyd edək ki, bu göstərici saat 12:00-da 1,3 dəfə sanitar normadan yuxarı olub.


Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır.

Xəbər lenti