Xəzər Xəbər

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndələri “ASAN xidmət”də

Gündəm | 15:36 • 31 Avqust 2018
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndələri “ASAN xidmət”də

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Nümayəndəliyinin əlaqələndiricisi Teoman Tiryaki ilə görüşüb.


Dövlət Agentliyindən bildirilib ki, Ülvi Mehdiyev "ASAN xidmət” mərkəzlərinin yaradılmasının məqsədləri və fəaliyyət istiqamətləri barədə qonağa ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.


Diqqətə çatdırılıb ki, bu günədək 24 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. "ASAN xidmət” BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.


Görüş zamanı Dövlət Agentliyi ilə TİKA arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Xəbər lenti

Çox oxunanlar