Xəzər Xəbər

Prezidentdən Pakistanın yeni baş nazirinə təbrik

Gündəm | 09:23 • 19 Avqust 2018
Prezidentdən Pakistanın yeni baş nazirinə təbrik
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın yeni Baş naziri İmran Xana təbrik məktubu ünvanlayıb.


Təbrikdə deyilir: "Hörmətli cənab Baş nazir, Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.


Azərbaycan ilə Pakistanı dost və qardaş xalqlarımızın iradəsindən qaynaqlanan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri birləşdirir. Ümidvaram ki, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Xəbər lenti

Çox oxunanlar