Xəzər Xəbər

Prezident əfqanıstanlı həmkarını təbrik edib

Gündəm | 17:26 • 18 Avqust 2018
Prezident əfqanıstanlı həmkarını təbrik edib
Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu göndərib.


Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.


Ümidvaram ki, Azərbaycan-Əfqanıstan əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və daha da möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına əmin-amanlıq və rifah arzulayıram".

Xəbər lenti