3-cü mikrorayon
dairəsi və "Memar Əcəmi" metrostansiyası yaxınlığında nəqliyyat
şəraitinin yaxşılaşdırılması işlərinə başlanılıb.
BNA-dan verilən məlumata görə, Bakı
Nəqliyyat Agentliyinin mütəxəssislərinin ərazidə apardığı təhlillərə
əsasən hər iki ünvanda nəqliyyat axınına maneə yaradan amillər müəyyən
edilərək aradan qaldırılması üçün plan hazırlanıb.
Plana əsasən
3-cü mikrorayon dairəsinin həndəsi ölçülərində dəyişikliklər edilərək
nəqliyyat axını kanallaşdırılacaq. Bundan əlavə, dairənin giriş və çıxış
hissələrində piyadaların hərəkətinin nizamlanması məqsədi ilə
svetoforlar quraşdırılacaq ki, bu həm də dairədə nəqliyyat axınının
düzgün tənzimlənməsinə imkan verəcək. Eyni zamanda, dairəyə yaxın
yerləşən nəqliyyatın hərəkətinə maneə yaradan avtobus dayanacaq
məntəqələri yenidən təşkil ediləcək.
"Memar Əcəmi"
metrostansiyası yaxınlığında da, həmçinin, dairənin həndəsi ölçülərində
dəyişiklik edilməklə nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılacaq.
Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin yeri dəyişdiriləcək.