Bayram və qeyri-iş
günlərində enerji istehlakçılarının, habelə bayram tədbirlərinin
keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması
məqsədilə Bakı şəhərində və regionlarda təşkilatı və texniki tədbirlər
görülərək, 2018-ci il avqust ayının 22-23-də "Azərişıq” ASC-nin Mərkəzi
Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik
təşkil edilib.
ASC-dən XəzərXəbər-ə verilən məlumata görə, bayram günlərində enerji istehlakçılarının,
bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi
ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza
hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, elektrik
şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə
təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək.
Texniki
Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində
növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı
yaradılacaq.
Baş vermiş qəzaların nəticələrinin aradan
qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin
keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı
təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılacaq.