Dövlət İmtahan Mərkəzi
(DİM) tərəfindən avqustun 18-də dövlət qulluğunda inzibati vəzifələrin B
növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun
olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı
keçiriləcək.
DİM-dən verilən məlumata görə, imtahan Bakı
şəhərində keçiriləcək. İmtahanada iştirak etmək üçün BA qrupu üzrə 250,
BB qrupu üzrə 763, ümumilikdə isə 1013 namizəd qeydiyyatdan keçib.
Bu
imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in
internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi”ni çap
etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş
kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə
bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər
zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanacaq və 3 saat davam edəcək.
Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- "İmtahana buraxılış vərəqəsi";
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahan
binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər
yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və
imtahan binasına buraxılmayacaqlar.