Xəzər Xəbər

Gələn ildən qəbul imtahanları yeni modelə uyğun keçiriləcək

Gündəm | 14:09 • 16 Avqust 2018
Gələn ildən qəbul imtahanları yeni modelə uyğun keçiriləcək
"Qəbul imtahanlarının əvvəlki model üzrə keçirilməsi bu il başa çatır. 2019-cu ildən qəbul imtahanları yeni imtahan modelinə uyğun keçiriləcək"

Bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Abituriyent” jurnalının yeddinci nömrəsində yer alan "Ön söz”ündə bildirib.


"Məlumdur ki, 2008-ci ildən etibarən Azərbaycan Respublikasında ümumi orta təhsil müəssisələrində yeni fənn kurikulumlarının tətbiqinə başlanıb. Təhsil sahəsində həyata keçirilən islahatlar biliyin qiymətləndirilməsi sistemi qarşısında yeni tələblər qoyur. Ona görə də gələn ildən qəbul imtahanları yeni imtahan modelinə uyğun keçiriləcək”- M.Abbaszadə deyib.

Xəbər lenti