Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin
nəticələri avqustun 14-də saat 14:00-dan etibarən DİM-in internet
saytında yerləşdirilib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qəbul
olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid
balları avqustun 15-də (günün ikinci yarısında) "Magistr” jurnalının
7-ci sayında dərc olunacaq.
Magistraturanın boş qalan 2533 plan
yerinin müsabiqəsində iştirak etmək üçün 631 bakalavr müraciət edib.
Müsabiqə nəticəsində onlardan 448 nəfər magistraturaya qəbul olub.
Ali
təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə
qəbul olanlar 2018-ci il avqustun 16-dan 24-dək (şənbə, bazar və bayram
günləri istisna olmaqla) sənədlərini qəbul olduqları təhsil müəssisəsinə
təqdim edərək qeydiyyatdan keçməlidirlər.
Həmin müddətdə
qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən
imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali
təhsil müəssisəsinə göndərilməyəcək.