Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Gündəm | 09:50 • 26 İyul 2018
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

2018-ci il iyul ayının 25-dən 26-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.


DİN-in Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 19-u "isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.


Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 39 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölmüş, 6 nəfər xəsarət alıb.


Məlumata görə, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Xəbər lenti