Xəzər Xəbər

Havanın hərarəti yüksələcək - RƏSMİ AÇIQLAMA

Gündəm | 16:00 • 25 İyul 2018
Havanın hərarəti yüksələcək -

Ölkə ərazisində havanın hərarəti ötən günlərə nisbətən yüksələcək. Yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında 32-37°, respublikanın bölgələrində 36-41°, dağlıq ərazilərdə 27-32° isti olacağı gözlənilir.


Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.


G.Məmmədova respublika ərazisində zəif şərq küləyinin əsəcəyini də diqqətə çatdırıb.

Xəbər lenti