Xəzər Xəbər

Milli mətbuatın 143-cü ildönümünə həsr olunan mərasim keçirilib - FOTO

Gündəm | 20:00 • 20 İyul 2018
Milli mətbuatın 143-cü ildönümünə həsr olunan mərasim keçirilib -

İyulun 20-də Bakıda Azərbaycan milli mətbuatının yaranmasının 143-cü ildönümünə həsr olunan mərasim keçirilib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) milli mətbuatımızın 143 illiyi münasibətilə təşkil etdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.


Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov milli mətbuatımızın yaranma tarixindən, keçdiyi çətin və şərəfli yoldan danışıb.


Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Azərbaycan jurnalistlərini təbrik edib. Səfir qardaş ölkələrimiz arasında münasibətlərin inkişafının məmnunluq doğurduğunu bildirib.


Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.

Xəbər lenti