"Gəncə hadisələrini
dinlə bağlamaq əsassızdır. Bu, islam dini altında pərdələnərək müəyyən
siyasi qüvvələrin məkirli planlarını reallaşdırması cəhdidir”.Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri
Şeyxülislam Hacı Allahşükür Paşazadə Gəncə hadisələri ilə bağlı AzTV-yə
müsahibəsində deyib.
Onun sözlərinə görə, Gəncədə baş verən hadisələr terror aktıdır: "İslam dinində terrorun heç bir yeri yoxdur. Terror aktı Allaha qarşı üsyandır və o adam kafirdir. İslamdan
istifadə edilir. Dünyada baş verən hadisələrə baxanda yaxın qonşularda
və başqa yerlərdə görünür ki, bəzi qüvvələr islam pərdəsi altında
islamdan öz məqsədləri üçün istifadə edirlər. Əslində islam sülh,
qardaşlıq, dəyanət, dostluq dinidir”.
Şeyx qeyd edib ki, Gəncə
daxil olmaqla ölkədə dini abidələrin bərpası, ibadət yerlərinin
tikintisi işləri bütün dindarların ürəyincədir: "Cəmiyyətdə dini
ayrıseçkilik müzakirə mövzusu ola bilməz. Hardasa dini dəyərlərin
yetərli olmadığını deyirlərsə, bu, çox yanlış bir haldır. Xüsusən
Gəncədə sovet dövründə İmamzadə və Şah Abbas Məscidi var idi. Bu gün isə
orada onlarla məscid var. O, məscidlər açıqdır və hər kəs heç bir
təzyiqə məruz qalmadan ibadət edə bilir. Şəxsən mən oradan heç bir
şikayət eşitməmişəm. Prezident İlham Əliyev İmamzadə dini kompleksinə xüsusi diqqət yetirib”.
Şeyx
qeyd edib ki, ölkədə fəaliyyət göstərən din xadimləri daim moizələrində
təxribatların mahiyyətini insanlara çatdırıb və bu iş sistemli xarakter
alaraq daha da təkminləşdiriləcək: "Çünki, düşmən daim oyaqdır. Bu
qədər insanlar vətən yolunda həyatını qurban verib gələcəyimiz üçün. 20
faiz torpaqlarımız işağl altındadır. Bizə qarşı aparılan məkirli
hiylələr mövcuddur. Bunun qarşısını almaq üçün dövlətin möhkəm olması
lazımdır. Dövlət xalq birliyi olmalıdır. Biz rəhbərimizin ətrafında
olmalıyıq. Həmişə dindarlarımız prezident İlham Əliyevə dəstək olub və bundan sonra da olacaqdır”.