Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının
Prezidenti Məmnun Hüseynə başsağlığı məktubu göndərib.
XəzərXəbər-in məlumatına görə, başsağlığı mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Mastunq
şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və
yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Biz bu
amansız terror aktından son dərəcədə hiddətlənir, terrorizmin bütün
təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri
və vacib hesab edirik.
Bu faciə ilə əlaqədar Sizə, həlak
olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan
və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara
və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”