Xəzər Xəbər

Səfir: "FETÖ-nün beli qırılıb”

Gündəm | 15:58 • 13 İyul 2018
Səfir:

2016-cı ildə iyulun 15-də Türkiyə ən çətin və ağır günlərini yaşadı. FETÖ-çü xainlər hərbi geyimdə dövlət çevrilişinə cəhd göstərdi. Dövlətin varlığına qarşı təhdidin qarşısı xalqın dövlətlə əl-ələ verməsi nəticəsində alındı.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə Türkiyə xalqı terror təşkilatının layiqli cavabını verib: "Millətimiz prezidentin çağırışı ilə bu xain terrorçulara qarşı mübarizə aparmaq üçün küçələrə tökülüşdü. Həmin gün qəhrəmanlıq günü idi. Vətəndaşlarımız qanları bahasına dövlətimizi qorudu. 250 şəhidimizi cənnətə göndərdik. Yaşanan bu hadisə böyük dərs oldu. Bu hadisələrin bir daha yaşanmaması üçün tədbirlər barədə düşünürük. FETÖ xain terror təşkilatı dövlətin içərisinə 40 il ərzində yeridilmişdi. Dövlətin müxtəlif qurumlarında xüsusilə güc mərkəzlərinə yerləşdirilmişdi. Dövləti ələ keçirmək üçün cəhd göstərənlər cəzasız qala bilməzdi. FETÖ ilə mübarizədə Türkiyəyə verdiyi dəstəyə görə başqa prezident İlham Əliyev olmaqla Azərbaycana təşəkkür edirik. Azərbaycan FETÖ ilə mübarizədə bizə ən çox dəstək olan ölkələrin önündə gəlir. Bunu üç gün əvvəl Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd etdi. "Türkiyədə də, Azərbaycanda da FETÖ terror təşkilatının beli qırılıb. Bundan sonra da FETÖ-yə təşkilatına qarşı mübarizə davam etdiriləcək”.

Diplomat qeyd edib ki, Türkiyədə istintaq tədbirləri savam etdirilir: " 289 cinayət işi başlanıb ki, onun 188-i üzrə qərar verilib. Nəticədə 661 nəfər ağır cəzaya məhkum olunub".

Xəbər lenti

Çox oxunanlar