Xəzər Xəbər

Tezliklə Qarsdan Naxçıvana dəmir yolu çəkiləcək

Gündəm | 15:48 • 13 İyul 2018
Tezliklə Qarsdan Naxçıvana dəmir yolu çəkiləcək
"Qarsdan Naxçıvana dəmir yolu xəttinin çəkilməsi istiqamətində hazırlıq işləri gedir".


Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün keçirdiyi mətbuat konfransında deyib.


"Bakı-Tbilisi-Qars dəmir yolunun Qarsdan Naxçıvana uzadılması ilə bağlı düşüncələr yeni deyil. Lakin bunu etməyə fürsət, imkan olmadı. Hesab edirəm ki, növbəsi çatdıqca bütün planlar reallaşdırılacaq. Hazırda Qarsdan Naxçıvana dəmir yolu çıkilməsi istiqamətində hazırlıqların getdiyi barədə məlumatlıyam", - səfir qeyd edib.

E.Özoral bildirib ki, Naxçıvanın güclənməsi üçün Türkiyə əlindən gələni edir: "Naxçıvanın təkcə İran yox, Türkiyə-Gürcüstan üzərindən Azərbaycanla əlaqə qurması bizim önəm verdiyimiz məsələdir. İnşallah, ən qısa zamanda bu layihə reallaşdırılacaq".

Xəbər lenti