Xəzər Xəbər

Terrorçuluğa açıq çağırış barədə 21 cinayət işi başlanılıb, 3 şəxs həbs edilib

Gündəm | 14:03 • 13 İyul 2018
Terrorçuluğa açıq çağırış barədə 21 cinayət işi başlanılıb, 3 şəxs həbs edilib

Hüquq mühafizə orqanlarından əldə edilmiş məlumata görə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanmış, 3 şəxs həbs edilmişdir.

XəzərXəbər xəbər verir ki, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilmişdir.

Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilmişdir.

Xəbər lenti