Hazırda paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində yaranan problemlə əlaqədar işıqforlar işləmir.
Bu barədə XəzərXəbər-ə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, bununla əlaqədar yol polisi küçələrdə hərəkəti tənzimləyir:
"İşıqforların işləməməsi səbəbindən sıxlığın, yol nəqliyyat hadisələrinin qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə yol polisləri iş başındadır. Sürücülərə işıqforların işləmədiyi yolldarda hərəkət edərkən yol nişanlarını nəzərə almaları tövsiyə edilir".