Brüsseldə Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Zohrab
Mnatsakanyan arasında görüş keçirilib. XəzərXəbər xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter” hesabında yazıb.
Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.
Nazirlərin görüşünün detalları hələlik açıqlanmayıb.