Xəzər Xəbər

Müqaviləsiz işçi işlədənlər cəzalandırılacaq

Gündəm | 12:34 • 11 İyul 2018
Müqaviləsiz işçi işlədənlər cəzalandırılacaq

"Qeyri-rəsmi məşğulluqla bağlı vəziyyət nəzarətimizdədir. Tikintilərdə qeyri-rəsmi məşğulluqla əlaqədar monitorinqlər aparılır. Həmin yerlərdə müqaviləsiz işə cəlbetmə halları aşkar edildikdə, cəza tədbirləri görülür”.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Sosial Təminat Assosiyasının prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoahim Bröyerlə keçirdiyi birgə mətbuat konfransında deyib.

S.Babayev xatırladıb ki, Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunu imzalayıb, buqanun 2021-ci ilədək qüvvədə olacaq: "Bu, sahibkarlığın inkişafına stimul verir. Biz çalışırıq ki, yoxlamaları elektron sistemlər vasitəsilə edək. Yəni məmur-vətəndaş təması olmasın. Bu sahədə çox ciddi işlər görülür. Yaxın müddətdə görülən işlərin nəticəsi açıqlanacaq”.

Xəbər lenti