"Dünən Gəncədə baş
verən iğtişaşın dinlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq müəyyən
qüvvələrdən istifadə edərək buna dini rəng vermək məqsədi daşıyır"
Bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı ötən gün Gəncədə baş vermiş hadisələrə münasibət bildirərkən deyib.
Komitə
rəsmisi bildirib ki, təxribata cəhd edən qrupların göstəriş verənləri
xaricdədir. "Bu məsələlər dövlətin müvafiq orqanları tərəfindən ciddi
şəkildə araşdırılır. Bütün məsələlər məlum olacaq və hər kəs cəzasını
alacaq. Bu hadisə millətə, dövlətə qarşı xəyanətdir, xalqın əleyhinə
olan hərəkətdir, Azərbaycanın qüdrətlənməsini, güclənməsini istəməyən,
xüsusilə xarici dairələrin və onların yerlərdəki əlaltılarının
fitnəkarlığıdır, arxadan vurduqları zərbədir, xalqın rifah halına kölgə
salmaqdır, ölkədə sabitliyi pozmaqdır. Bu, Azərbaycandakı həm siyasi,
həm mənəvi, həm psixoloji həyatın sarsıdılmasına yönəldilən hərəkətdir.
Bir sözlə xəyanətdir”.
S.Salahlı qeyd edib ki, Azərbaycandakı
tolerantlıq və multikultral yaşayış tərzi və ənənələr həm tarixdən
qonşularımıza və digər dövlətlərə məlumdur, həm də Azərbaycanın bu
istiqamətdə keçirilən son illərdəki böyük və möhtəşəm beynəlxalq
tədbirlərindən bəllidirr.
"Dünən Gəncədəki iğtişaş dinlə bağlana
bilməz. Sadəcə orada bir sıra dini ruhlu insanlar var ki, onlar adətən
belə hallarda müəyyən şüarlardan istifadə edirlər”.