İyulun 10-da Gəncədə qanlı cinayət törətməkdə şübhəli bilinən iki nəfər axtarılır.
Respublika Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin XəzərXəbər-ə daxil olan birgə məlumatında deyilir ki, iyulun 10-da Gəncə şəhərində
ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup
şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və
kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid
olub.
Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş
tam bərpa edilmiş, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik
etibarlı qorunur.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri
ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə
şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və
soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu
Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən
edilmiş və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.
Eyni
zamanda, fotoşəkilləri təqdim edilmiş həmin şəxslərin gizləndikləri
yeri bilən vətəndaşlarımızdan bu barədə Daxili İşlər Nazirliyinin "102”
Xidmətinə,habelə
Bakı
şəhərində (012) 590-93-31; (012) 590-94-31; (012) 492-73-96, Gəncə
şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 telefon
nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur.
Böyükkişiyev Rəşad Məmmədəli oğlu
Qasımov Fərrux Xəqani oğlu