Məhəmməd Hadi
küçəsində aparılan təmir-tikinti işləriilə əlaqədar olaraq iyul ayının
10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində
asfalt-beton örtüyü yenilənməsi işlərinə start verilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, bununla əlaqədar olaraq dairədən Gəncə
prospekti, Neapol küçəsi və Məhəmməd Hadi küçəsinin Əhmədli
metrostansiyası istiqamətində hərəkət qismən məhdudlaşdırılacaq.
Ukrayna
dairəsində təmir işləri bir-neçə gün davam edəcək. Bu müddət ərzində
dairədə hissə-hissə hərəkət müəyyən istiqamətlər üzrə
məhdudlaşdırılacaq.
Sıxlığın yaranmaması üçün sürücülərdən
öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan
istifadə etmələri tövsiyyə olunur.
Yaranan müvəqqəqi narahatlığa
görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr
istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.