Xəzər Xəbər

"TANAP Azərbaycan və Türkiyə üçün həyati bir layihədir" - Ərdoğan

Gündəm | 17:57 • 10 İyul 2018
"TANAP Azərbaycan və Türkiyə üçün həyati bir layihədir" - Ərdoğan
"Prezident olaraq and içdikdən sonra ilk iş olaraq qardaş, dost Azərbaycanı ziyarət edərək vəzifəmizin icrasına başlamaq istədim. Təkbətək və heyətlərarası görüşdə bu günə qədər harada idik, bundan sonra harada olmalıyıq məsələlərini müzakirə etmək imkanımız oldu”.


XəzərXəbər xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.


Ərdoğan qeyd edib ki, Azərbaycanla enerji və müdafiə sənayesi ilə bağlı əlaqələr xüsusi əhəmiyyət kəsb edir: "TANAP Azərbaycan və Türkiyə üçün həyati bir layihədir. Bu layihə təkcə Azərbaycan-Türkiyə yox, eyni zamanda Azərbaycan-Avropa əlaqəsinin qurulması baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihə bizi ciddi mənada maraqlandırır və qardaşlığımızın təzahürü olmaqla yanaşı, strateji yatırım olması baxımından da önəm daşıyır”.

Xəbər lenti