Xəzər Xəbər

“Azərbaycan Türkiyədən çoxlu sayda hərbi texnika alır” İlham Əliyev

Gündəm | 17:09 • 10 İyul 2018
“Azərbaycan Türkiyədən çoxlu sayda hərbi texnika alır”
Türkiyənin ordusu çox güclüdür. Dünya çapında ən güclü ordu sırasındadır. Hərbi sahədə bizim əməkdaşlığımız çox uğurla davam edir.


XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Bakıda keçirdiyi mətbuat konfransında deyib.


Ölkə başçısının sözlərinə görə, Azərbaycan və Türkiyə hərbçiləri arasında bu il 7 hərbi təlim keçiriləcək.

Dövlət başçısı qeyd edib ki, artıq hərbi təlimlərin 3-ü keçirilib. Prezident, həmçinin bildirib ki, Azərbaycan Türkiyədən çoxlu sayda hərbi texnika alır: "Keçən ay Azərbaycanda keçirilən hərbi paradda alınan hərbi texnikanın bir hissəsi nümayiş etdirilib”.

Xəbər lenti