Xəzər Xəbər

Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı FOTOLAR

Gündəm | 12:22 • 10 İyul 2018
Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb.


Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, NATO-nun "Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.




Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.



Xəbər lenti