"Şimali Qafqazdakı
terror qruplarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla,
Əfqanıstan, Pakistandakı terror qruplaşmalarına qoşulan Azərbaycan
vətəndaşları 300-ə yaxın, Suriyaya gedənlərin sayı isə 1000-dən
artıqdır. Bu, həmin hadisələrin təbliğatı, reklamı ilə əlaqədardır”. XəzərXəbər xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi
Suad Mahmudov "Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və
əhəmiyyəti” mövzusunda keçirilən konfransda deyib.
DTX
rəsmisinin sözlərinə görə, həmin ərazidə hadisələrin təbliğatına böyük
vəsait ayrılıb və daha çox reklam edilib: "Lakin bu gün müvafiq
qurumlarla görülən tədbirlər nəticəsində prosesin qarşısı alınır. Bütün
dövlət orqanlarının birgə fəaliyyət göstərməsi ilə Azərbaycanda bu
istiqamətdə xoş və lazımi nəticə müşahidə edilir”.
S.Mahmudov
qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidməti radikallıq mənbəyinə
çevrilən qüvvələrlə mübarizənin açıq və gizlin metodlarının
koordinasiyası, əməliyyat-axtarış və hüquqi tədbirlərdən istifadə edir.