"Dini radikalizm, dini
ekstremizm yalnız islam dininə aid deyil, başqa dinlərdə də bunlar var.
Dini ekstremizmə qarşı mübarizə ümumbəşəri xarakter daşıyır" Bunu "Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun
sözlərinə görə, bütün dinlərdə sülhə çağırış var və din terrora çağırş
edə bilməz: "Dünyada müxtəlif səbəblərdən insanlar dünyasını dəyişir.
Hər il dünyada ən azı 30-35 min insan terrordan ölür. Nadir ölkələr var
ki, terroru himayə edirlər. Dövlət səviyyəsində də terroru müdafiə edən
ölkələr var. İndiki dövrdə terroru müdafiə edən ölkələr təcrid
olunurlar".
Komitə sədri qeyd edib ki, dini radikalizm və
ekstremizmin davamı mütləq terrora gətirib çıxarır və bu terror
ümumilikdə hər bir ölkə və fərd üçün olduqca təhlükəlidir: "Dindən
sui-istifadə edərək insanlara qarşı terror törətmək, ayrı-ayrı ölkələrdə
qarşılıqlıq, müharibə yaratmaq böyük faciələrə gətirib çıxarır. Buna
qarşı mübarizə lazımdır. Bu mübarizədə ən başlıca vasitə
maarifləndirmək, dinlərin mahiyyətini insanlara olduğu kimi başa
salmaqdır".