Xəzər Xəbər

Ərdoğanın Bakıya səfəri başlayır

Gündəm | 10:18 • 10 İyul 2018
Ərdoğanın Bakıya səfəri başlayır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfərə gələcək.


XəzərXəbər xəbər verir ki, Ərdoğan Bakı vaxtı ilə saat 10:00-da Esenboğa hava limanından Azərbaycana səfərə yola düşəcək.


Türkiyə prezidenti səfər çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək. Bakı səfərindən sonra Ərdoğan 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO sammitində iştirak edəcək.

Qeyd edək ki, bu, Türkiyə prezidentinin 24 iyun seçkilərindən sonra ilk xarici səfəridir.

Xəbər lenti