Xəzər Xəbər

İlham Əliyev: “AXC-Müsavat cütlüyü ən böyük xəyanətkardır”

Gündəm | 21:27 • 9 İyul 2018
İlham Əliyev:
"O vaxt Azərbaycanda anti-milli hakimiyyət, satqın hakimiyyət hökm sürürdü. Fərarilər hökm sürürdü burada. Həmin fərarilərin tör-töküntüləri indi özlərini müxalifət adlanırır”


XəzərXəbər xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.


Ölkə başçısı çıxışında AXC-Müsavat hakimiyyətini sərt tənqid edib: "O vaxt qaçıb gizlənmişdilər, ölkəmizi bərbad vəziyyətə qoymuşdular, torpaqlarımızı satmışdılar. AXC-Müsavat cütlüyü ən böyük xəyanətkardır. Bəlkə də Azərbaycanın çox əsrlik tarixində bunlar qədər xəyanətkar, satqın olmamışdır".

Xəbər lenti