Xəzər Xəbər

“Naxçıvan əməliyyatı ordumuzun gücünü göstərdi” Prezident

Gündəm | 21:14 • 9 İyul 2018
“Naxçıvan əməliyyatı ordumuzun gücünü göstərdi”
"Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bu istiqamətdə çox böyük işlər görülür”


XəzərXəbər xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən gün keçirilmiş iclasında deyib.


Ölkə başçısı bildirib ki, bizim hərbi potensialımızın əyani sübutu keçən ay keçirilmiş hərbi paraddır.

"Bizim ordumuz aparıcı ordular sırasındadır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir”.

Prezident qeyd edib ki, Aprel döyüşləri və Naxçıvan əməliyyatı ordumuzun gücünü göstərdi.

Xəbər lenti