"2018-ci ilin
əvvəlində əldə olunan razılıq ondan ibarət idi ki, mövcud gündəlik
əsasında Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra
intensiv danışıqlar davam etdirilsin”. XəzərXəbər-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov AzərTac-a müsahibəsində bildirib. Onun sözlərinə görə, göründüyü kimi, Ermənistanda labüd siyasi böhran baş verdi:
"Azərbaycan bunu daim bəyan edirdi ki, Sarkisyan
rejiminin yürütdüyü siyasət Ermənistanı uçuruma aparır. Ermənistandakı
siyasi prosesləri təmkinlə və yaxından izləyərək Azərbaycan tərəfi
bildirdi ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr sağlam
düşüncəli siyasət yürüdərlərsə, münaqişənin həllində irəliləyiş əldə
etmək olar. Əgər onlar da Sarkisyan
rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir.
Ermənistan rəhbərliyi başa düşməlidir ki, münaqişənin həll edilməsi
onların ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yarada və
regionda davamlı sülhü təmin edə bilər”.
E. Məmmədyarov bildirib
ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və
qətidir və bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır: "ATƏT-in Minsk qrupunun
həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatı
və gündəliyi aydındır. Münaqişənin mərhələli həlli prosesinin yol
xəritəsini də hər kəs çox yaxşı bilir. Münaqişənin həllində irəliləyiş
əldə etmək üçün, ilk növbədə, işğal faktı aradan qaldırılmalı və BMT
Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan
qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”.
Nazir bildirib ki, iyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun
həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər
nazirlərinin görüşü keçiriləcək: "Seçim Ermənistan tərəfdədir. Qarşıdan
gələn görüş göstərəcək ki, Ermənistan, nəhayət, münaqişənin həllində
konstruktiv rol oynamağa hazırdır, ya yox”.