Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 10-da növbəti imtahanlar keçirəcək.
Mərkəzdən XəzərXəbər-ə verilən məlumata görə, imtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 50 imtahan mərkəzində təşkil olunacaq və ümumilikdə 26014 nəfərin iştirak edəcəyi gözlənilir
İmtahanlarda
Ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb
edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas
təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 18116 nəfər əvvəlki
illərin məzunlarının, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas
təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4437 nəfər əvvəlki
illərin məzunlarının, eksternat qaydasında attestasiyada iştirak etmək
üçün qeydiyyatdan keçmiş, həmçinin üzrlü səbəbdən buraxılış
imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 847 nəfər IX
sinif , 2614 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunması üçün 170 imtahan rəhbəri, 2073 nəzarətçi-müəllim ayrılıb.
Bu
imtahanlarda iştirak edəcək şagirdlər (abituriyentlər) "İmtahana
buraxılış vərəqəsi”ni internet vasitəsilə iyulun 4-dən etibarən çap edib
götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş
kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə
(abituriyentlərə) imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların
əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
"İmtahana buraxılış vərəqəsi”;
şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b)
əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan
şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər
digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli
yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeyd edək ki,
göstərilən sənədlərindən biri olmayan və ya sənədləri arasında
uyğunsuzluq olan şəxslər imtahan binasına buraxılmayacaqlar.