Prezident İlham Əliyev
Meksika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Andres Manuel
Lopes Obradora təbrik məktubu göndərib.
XəzərXəbər xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli Andres Manuel Lopes Obrador, Meksika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram
ki, Azərbaycan ilə Meksika arasındakı dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi yolunda birgə
səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Meksika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".