Xəzər Xəbər

Pedoqoji təhsili olmayanlar müəllim işləyə biləcək

Gündəm | 16:35 • 6 İyul 2018
Pedoqoji təhsili olmayanlar müəllim işləyə biləcək
"Təhsil haqqında" qanuna əlavə edilən maddəyə əsasən, müəyyən şəxslərin pedoqoji təhsili olmasa da, məktəblərdə dərs deyə biləcəklər".

XəzərXəbər xəbər verir ki, bu barədə Təhsil Nazirliyində keçirilən tədbirdə nazirliyin aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, İKT sahəsində ali təhsilli mütəxəssislər var, amma pedoqoji təhsilləri yoxdur: "Bunların məktəblərdə işləməsi yaxşı olardı. Həmçinin məktəblərdə təmayülləşmə var və belə müəllimlərin məktəblərdə müəyyən qaydalar çərçivəsində dərs deməsi yaxşı olar".

Xəbər lenti