"Təhsil haqqında" qanuna edilmiş yeni dəyişiklik ali təhsilli şəxsin kollecə müsabiqədən kənar qəbuluna imkan yaradır". XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov deyib.
O,
qeyd edib ki, kolleci bitirənlər ali təhsil müəssisəsinə qəbul olmaq
üçün müsabiqədən keçməlidir: "Qanun orta ixtisas müəssisəsini bitirmiş
şəxsə ali məktəbə müsabiqədən kənar qəbul olmağa imkan verir. Bununla
bağlı qaydalar hazırlanacaq və müəyyən ediləcək ki, hansı ixtisaslar
üzrə hansı ali məktəbə daxil olmaq olar və kollecdə toplanan kreditlər
ali məktəbdə necə nəzərə alınacaq".