XəzərXəbər-in məlumatına görə, bunu AzərbaycanXarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Brüsseldə çıxanvə Avropanın ictimai-siyasi dairələrində geniş oxucu kütləsi olan "Euractive” dərgisində dərc edilən"Ermənistan-Azərbaycan münaqişəsi: Davalı sülh və əbədi müharibə arasında” başlıqlı məqaləsində bildirib.
"Təəssüflə qeyd etməliyik ki, Ermənistan Xarici İşlər Nazirliyinin son bəyanatları Ermənistan-Azərbaycan münaqişənin həlli və regionun inkişafı ilə əlaqədar hər hansı konstruktiv baxış ortaya qoymur. Serj Sarkisyan erasını xatırladan bəyanatlarla çıxış edən Ermənistan Xarici İşlər Nazirliyi gələcəyə baxış olmadan qonşu dövlətlərə qarşı yalnız əsassız iddialarla çıxış edir", - o qeyd edib.
H.Hacıyev deyib
ki,Ermənistan gücdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ və
ətraf yeddi rayonunu işğal edib: "Ermənistanda labüd hakimiyyət böhranı
baş verəndə Azərbaycan açıqlama ilə çıxış edərək bildirdi ki, yeni
hakimiyyət sağlam təfəkkürlü siyasət yürüdərsə, münaqişənin həllində
irəliləyiş əldə etmək olar. Amma indiyə qədər görünən odur ki,
Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə
meyllidir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək
dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi
və ya ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir. Ermənistanın işğala
əsaslanan mövcud status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin ilhaq
etmək cəhdləri heç zaman gözlənilən nəticəni verə bilməz və heç zaman
legitim hesab oluna bilməz. İşğalın davam etdirilməsi Ermənistanın
geosiyasi və geoiqtisadi tənəzzülünü daha da dərinləşdirəcək.
Ermənistanın yeni rəhbərliyi qanunun aliliyi və insan hüquqlarına hörmət
etdiyini iddia edirsə, onda Ermənistanın beynəlxalq hüquqi
öhdəliklərinə əsl sadiqliyini əməldə nümayiş etdirməlidir. Bu mənada BMT
Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq
Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı,
azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının
qarşını almağı dayandırmalı və qonşularla sivil münasibətlər
qurmalıdır”.