Xəzər Xəbər

Azərbaycan və Türkiyə diasporu birgə işləyəcək

Gündəm | 13:56 • 5 İyul 2018
Azərbaycan və Türkiyə diasporu birgə işləyəcək
Türkiyə və Azərbaycan diasporlarının, xaricdə və digər ölkələrdə yaşayan təşkilatların birgə fəaliyyəti istiqamətində artıq razılığa gəlinib.


XəzərXəbər xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. O bildirib ki, bu gün Türkiyə və Azərbaycanda əmin-amanlıq var.


"Bunu qoruyub saxlamalıyıq. İstər Azərbaycanda yaşayan türk qardaş və bacılarımız, istərsə də Türkiyədə yaşayan azərbaycanlılar özlərini rahat hiss edirlər. Azərbaycanlılar orada mədəniyyət, incəsənətdə, iqtisadi sahələrdə böyük nailiyyətlərə imza atıblar".

Xəbər lenti