Xəzər Xəbər

Yeni yanğın paylayıcı şəbəkələrə təsir etməyib “Azərişıq”

Gündəm | 13:45 • 5 İyul 2018
Yeni yanğın paylayıcı şəbəkələrə təsir etməyib

Bu gün səhər saatlarında Mingəçevir şəhərində "Azərbaycan İES” MMC-nin ərazisində baş vermiş yanğın elektrik enerjisi paylayan şəbəkələrə təsir etməyib.

Bunu Trend-ə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi səhər saatlarında Mingəçevirdə "Azərbaycan İES”in ərazisində yanğın baş verməsi barədə məluma yayıb. Məlumatda bildirilir ki, yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti