Xəzər Xəbər

İlham Əliyev: "Heç kim qəzadan sığortalanmayıb"

Gündəm | 21:09 • 4 İyul 2018
İlham Əliyev:
"Bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdim ki, vətəndaşlara köməklik göstərsinlər. Deyə bilərəm ki, dövlət orqanları peşəkarlıq göstərdilər. Uğurlu fəaliyyət nəticəsində qəza aradan qaldırıldı"


XəzərXəbər xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar bu gün keçirdiyi müşavirə deyib.


Ölkə başçısı bildirib ki, Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bildi.

"Bütün Azərbaycan vətəndaşlarına göstərdikləri anlayışa, dəstəyə görə, təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, vətəndaşlar bir-birilərinə köməklik göstərmişlər. Bu hadisə göstərdi ki, Azərbaycanda sözün əsl mənasında vətəndaş həmrəyliyi mövcuddur", - deyə prezident vurğulayıb.

Dövlət başçısı vurğulayıb ki, baş vermiş qəza ciddi şəkildə araşdırılmalıdır: "Bu məsələ çox ciddi sualar yaradır, ciddi araşdırılmalıdır. Qəza nəticəsində vətəndaşlara isti havada əziyyət verildi. Biz bu vəziyyətdən çıxa bildik. Amma bu qəzalar baş verməməli idi. Heç kim qəzadan sığortalanmayıb. Bir stansiyada baş vermiş qəza, enerji sisteminə ciddi ziyan vurdu. Günahkarlar məsuliyyə cəlb edilməlidir".

Xəbər lenti