Paytaxtın enerji
təminatında yaranan çətinliklərin əmələ gətirdiyi problemlər aradan
qaldırıldığından müntəzəm marşrut xətləri üzrə tətbiq edilən xüsusi
fəaliyyət rejimi ləvğ edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) XəzərXəbər-ə verilən məlumata görə, hazırda müntəzəm sərnişindaşımaları adi günlərdə olduğu kimi davam etdirilir.
BNA
3-4 iyul tarixlərində sərnişindaşınmasını xüsusi fəaliyyət rejimində
təşkilində yaxından iştirakına və göstərdikləri köməyə görə
daşıyıcılara, nəqliyyat əməliyyatları ilə bağlı əhalinin vaxtında
məlumatlandırılması və maarifləndirilməsi işlərində göstərdikləri
əvəzsiz dəstəyə görə kütləvi informasiya vasitələrinə təşəkkür edir,
ötən iki gün ərzində nəqliyyat sistemində yaranan çətinlikləri anlayışla
qəbul edib yüksək vətəndaşlıq mövqeyi göstərən əhaliyə də dərin
minnətdarlığını bildirir.