Xəzər Xəbər

İşıqlar YENƏ SÖNDÜ, İNSANLAR METRODA QALDI

Gündəm | 20:10 • 3 İyul 2018
İşıqlar YENƏ SÖNDÜ,

"Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun XəzərXəbər-ə verdiyi məlumata görə, hazırda stansiyalar və tunellərdə sərnişinlərin təxliyəsi davam etdirilir:

"Bütün stansiyalarda gərgin iş gedir. Operativ tədbirlər planına uyğun işləyirik. Hələ ki, sərnişinlər arasında xəsarət alma, yaxud kiminsə özünü pis hiss etməsi halı ilə qarşılaşmamışıq".

***

Hazırda Bakı şəhərində elektrik enerjisi kəsilib. Bu da "Bakı Metropoliteni”nin işinə təsir edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov XəzərXəbər-ə verdiyi məlumata görə, hazırda stansiyalarda təxliyə işləri həyata keçirilir:

"Qatarlar stansiyalarda və tunellərdə qalıb. Operativ tədbirlər planına əsasən hazırda sərnişinlər dispetçerlərin əmrinə əsasən təxliyə edilir”.

Xəbər lenti