Xəzər Xəbər

Elektriklə bağlı problemin SƏBƏBİ AÇIQLANDI

Gündəm | 20:03 • 3 İyul 2018
Elektriklə bağlı problemin

Bakının və ölkənin elektrik enerjisi ilə təchizatında problem yaranmasının ilkin səbəbi açıqlanıb.

XəzərXəbər xəbər verir ki, "Azərenerji" ASC-dən "Report"a verilən məlumata görə, Şimal Elektrik Stansiyası və Sumqayıt Elektrik Stansiyasında açılma olub.

Hazırda "Azərenerji"də hadisə ilə bağlı araşdırmalar aparılır.

***

Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İES-nin yarımstansiyasında qəza nəticəsində yanğın baş verib.

XəzərXəbər "Report"a istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları və təcili tibbi yarım xidmətinin əməkdaşları cəlb olunub.

Məlumata görə, hadisə enerji bloklarından birində baş verib. Hazırda ölən və ya yaralananların olması barədə məlumat yoxdur.

Stansiya ərazisinə giriş məhdudlaşdırılıb.

Xəbər lenti