Xəzər Xəbər

BNA: Sərnişinlər ödənişsiz daşınacaq

Gündəm | 20:00 • 3 İyul 2018
BNA:
Bakı Nəqliyyat Agentliyi (BNA) təkrar elektirik kəsintisi ilə əlaqədar sərnişindaşıma və yollarda nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlayıb.

Bu barədə BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Sərnişin sıxlığınını qarşısınını alınması üçün bütün zəruri tədbirlər görülür. İlkin olaraq bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib.

Yollarda hərəkətin təhlükəsizliyi üçün bütünü sürücülərdən ehtiyatlı olmalarını və yol kəsişmələrində birbirlərinə qarşı anlayışlı olmaları tövsiyyə edilir.

Xəbər lenti