Xəzər Xəbər

SON DƏQİQƏ! Metronun bütün stansiyalarına giriş bağlandı

Gündəm | 19:22 • 3 İyul 2018
SON DƏQİQƏ!
Bakıda elektrik enerjisinin verilişinin yenidən kəsilməsi "Bakı metropoliteni" QSC-nin işinə mənfi təsir edib.

Bunu "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, metronun bütün stansiyaları girişə bağlanıb:

"Hazırda təxliyə ilə bağlı işlərə başlanıb. Təxliyə təlimat üzrə aparılır. Hazırda gərginliyin çıxarılması ilə bağlı əmr verilib. Tədbirlər planına uyğun tədbirlər görülür".

Xəbər lenti