Xarici işlər naziri
Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasının (IFRC) baş katibi Elhadc As-Sini qəbul edib.
XİN-dən XəzərXəbər-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Federasiya arasında mövcud
münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivləri
ətrafında fikir mübadiləsi aparıldı, tərəflər arasında mövcud olan
uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsinə ümid ifadə
edilib.
Baş katib E.As-Sini Azərbaycanı təmsil etdiyi cəmiyyətin
fəal tərəfdaşı adlandırıb, ölkəmizdə humanitar sahədə görülən işlərdən
və əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib.
Görüşdə
həmçinin, milli cəmiyyətlərin fəaliyyətinin artırılması, milli və
regional səviyyədə həyata keçirilən layihələr, humanitar fəaliyyətin
dəstəklənməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi
aparılıb.
E.Məmmədyarov Azərbaycan Xarici İşlər Nazirliyi
nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) müxtəlif
ölkələrdə həyata keçirdiyi layihə və proqramlar, habelə humanitar yardım
sahəsində həyata keçirdiyi işlər barədə qarşı tərəfə məlumat verib.
Baş
katib AİDA haqqında məlumatlı olduğunu və sözügedən qurumun fəaliyyəti
və layihələri ilə yaxından tanış olmaqda maraqlı olduğunu bildirib.
Nazir
həmsöhbətə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000
nəfərdən artıq azərbaycanlının itkin düşmüş hesab olunduğu barəsində
məlumat verdi və Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş
Kəlbəcər
rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş
Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinin vacibliyinə diqqəti
çəkib.