Xəzər Xəbər

Hərbi parad Ordumuzun qüdrətini nümayiş etdirdi - Əzizağa Qəni-zadə

Gündəm | 13:37 • 28 İyun 2018
Hərbi parad Ordumuzun qüdrətini nümayiş etdirdi -

İyunun 26-da Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli hərbi paradda mərasim və xüsusi döyüş geyimində müasir silahlarla silahlanaraq tribuna və xalq qarşısından qürurla keçən peşəkar zabit və əsgərlərimiz, mükəmməl döyüş texnikaları və səmada əsl peşəkarlıq bacarığı göstərən hava şahinləri Azərbaycan Ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirdi.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradın əhəmiyyətindən danışan ehtiyatda olan polkovnik, "Qırmızı ulduz” ordenli Əzizağa Qəni-zadə deyib.


SSRİ və Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi illərdə Qarabağ və Əfqanistan müharibələrinin iştirakçısı kimi bir çox paradın dəfələrlə həm iştirakçısı, həm də müşahidəçisi olduğunu vurğulayan Ə.Qəni-zadə bildirib: "İndiyədək dəfələrlə iştirak etdiyim heç bir parad məni iyunun 26-da Bakıda keçirilən təntənəli hərbi parad qədər həyəcanlandırmayıb və heyrətləndirməyib. Bu parad Silahlı Qüvvələrimizin qüdrətini, Ordumuzun hərbi hazırlığını və yüksək təchizatını dolğun əks etdirdi. Ordumuzun belə yüksək səviyyəyə çatmasının şahidi olmaq məndə sonsuz sevinc və qürur hissləri oyatdı. Bu parad xalqımızın qüdrətli ordumuzun Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızı tezliklə düşməndən azad edəcəyinə inamını daha da artırdı. Eşq olsun, Azərbaycan Ordusuna”.

Xəbər lenti