Xəzər Xəbər

Mədəniyyət Nazirliyində yeni rəhbər təyinatları

Gündəm | 11:32 • 28 İyun 2018
Mədəniyyət Nazirliyində yeni rəhbər təyinatları
Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Nazirlikdən XəzərXəbərverilən məlumata görə, nazirin müvafiq əmrinə əsasən, Fikrət Köçəri oğlu Babayev nazirliyin Aparatının rəhbəri təyin edilib.

Eyni zamanda yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi Vüqar Şixəmmədova havalə edilib.Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri isə Aslan Cəfərov təyin olunub.

Bundan başqa nazir Əbülfəs Qarayevin müvafiq əmri ilə İntiqam Hümbətov İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bundan əvvəl həmin vəzifədə çalışmış Vüqar Şixəmmədov isə yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

Xəbər lenti