Xəzər Xəbər

Bakıda Əfqanıstanın taleyi müzakirə olunur

Gündəm | 10:23 • 28 İyun 2018
Bakıda Əfqanıstanın taleyi müzakirə olunur
Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirililir.


Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.


Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır. Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.

Bu gün keçirilən toplantıda Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-na yaxın nümayəndəsi iştirak edir.

Xəbər lenti